Paytaxtın dağlıq hissələrinə Günəşli, Əhmədli, Yasamala gedən avtobuslar yalnız saat 18-dək işləyə biləcək. Mərkəz hissələrdə isə sərnişin avtobuslar saat 21:00-dan etibarən qarajlara gedəcək. Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, qarlı hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar olaraq paytaxtın daxili marşrutlarında hərəkət edən sərnişin avtobuslarının sayı 3 dəfə azaldılıb. Adi günlərdə Bakı şəhəri daxilindəki marşrutlarda 2 500 avtobusun istifadə edildiyini deyıən nazirlik nümayəndəsi vurğulayıb ki, hazırda paytaxt küçələrində 700 avtobus işləyir.
"Avtobusların sayının azalması yolların buz bağlaması və bəzi ərazilərdə hərəkətin ümumiyyətlə mümkünsüz olması ilə əlaqədardır. Onların işləməsi üçün şərait olmalıdır. Bəzi qəsəbələrin daxili yollarında hərəkət etmək isə mümkün deyil, amma maksimum çalışaraq yüksək səviyyədə xidmət göstərməyə çalışırıq", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB