Bakıdan bölgələrə gedən yollarda məhdudiyyət yaranıb

Bakıdan bölgələrə gedən yollarda məhdudiyyət yaranıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində magistral yollar buz bağlayıb. Hazırda Bakı-Quba, Bakı-Şamaxı və Gəncə-Qazax yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, həmin istiqamətlərdə və Ağsu aşırımında yolun hərəkət istiqaməti buz bağladığı üçün nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə