ETSN: \"Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr gündə 3 dəfə 35 məntəqədə keçirilir\"

ETSN: \"Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr gündə 3 dəfə 35 məntəqədə keçirilir\"

Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məliumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində "Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi" layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədilə aparılan monitorinqlər zamanı götürülən 542 torpaq nümunəsi üzərində 2163 kimyəvi analiz aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə