Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində ölkə ərazisində atmosfer havasının çirklənməsinin monitorinqi keçirilib. Monitorinqlər ölkənin 8 iri sənaye şəhərində-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 100653 nümunə götürülüb. Həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 102871 analiz aparılıb. Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi isə ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacları və Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə (pH, sulfat, nitrat, fosfat, ammonium, xloridlər, kalsium, maqnezium, codluq, elektrik keçiriciliyi və hidrokarbonat ionları) götürülüb, 262 yağıntı (yağış, qar) nümunəsi üzərində isə 2916 kimyəvi analiz aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə