Təcili yardıma 1329 müraciət edib

Təcili yardıma 1329 müraciət edib

Təcili yardıma müraciət edənlərin sayı durmadan artır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun SİA-ya bildirdi ki, yolların buz bağlaması buzda sürüşərək xəsarət alanların və yol qəzalarının sayını artırıb: "Bu günlərdə təcili yardım xidmətinin xüsusi briqadaları gücləndirilmiş iş rejimində işləyir. Təkcə ötən sutka ərzində stansiyaya 1329 müraciət daxil olub. 129 nəfəri xəstəxanaya çatdırılıb. Onlardan 17 nəfər buzda sürüşərək xəsarət alıb. Travma alan 53 nəfərdən 40 nəfəri isə xəstəxanaya çatdırılıb. Yol qəzalarında xəsarət alan iki nəfər də xəstəxanada müalicə olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə