Azov dənizində qəzaya uğramış yük gəmisindən xilas edilmiş azərbaycanlı dənizçilərin adları məlum olub
Azov dənizində qəzaya uğramış yük gəmisindən xilas edilmiş azərbaycanlı dənizçilərin adları məlum olub. SIA-nın verdiyi məlumata görə, gəmidə 7 Azərbaycan vətəndaşı olub. Bunlar Hümbət Cəlilov, İftixar Hacıqayıbov, Nəsrulla Şıxmatov, Böyükkişi Xəlilov, Bahadır Hüseynov, Nizami Quliyev və Reyhan İsmayılovadır. Bundan başqa gəminin ekipaj üzvlərindən 3 Ukrayna, 1 Türkiyə və 1 Gürcüstan vətəndaşı xilas edilib. Elman Abdullayevin sözlərinə görə, gəminin heyəti xəsarət almayıb və onların tibbi yardıma ehtiyacı olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB