Yalançı su idarəsinin əməkdaşları tutulub

Yalançı su idarəsinin əməkdaşları tutulub

Özlərini su idarəsinin əməkdaşları kimi təqdim edən qrup ifşa olunub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari il yanvarın 30-dan fevralın 6-dək olan müddət ərzində Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini su idarəsinin əməkdaşları kimi təqdim edərək, Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədovun, Xuraman Xubiyarovanın, Elmira Eminovanın, Aleksandra Qarşkovanın, Şövkət Məhərrəmovanın və Lətifə Əsədovaının etimadlarını qazanaraq onların hər birindən 50 manat pul alıblar.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər üçü şübhəli şəxs qismində saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə