Son günlər davam edən şaxtalı havalar Bakının müxtəlif ərazilərində su problemi yaratdı. SİA-nın verdiyi məlumata görə, su xətlərinin donması nəticəsində evlərdə su gəlmir. Paytaxtın Binəqədi, Qaraçuxur qəsəbələrində sakinlər artıq bir neçə gündür, susuz qalıblar."Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su xətlərinin donması yalnız fərdi yaşayış evlərində müşahidə olunub. Onun sözlərinə görə, həmin evlərə gedən su şəbəkəsi olmadığından vətəndaşlar xətləri özbaşına yerin üstü ilə aparıblar. Bu zaman suyun donması təbii haldır.A.Cəbrayıllı qeyd edib ki, Bakının bina evlərində su xəttinin donması ilə bağlı "Azərsu"nun \"qaynar xətt\"inə şikayət daxil olmayıb: "Bunun səbəbi isə odur ki, binalara gedən su xətləri yerin altı ilə aparılıb. Su xətti yerin altı ilə aparılan zaman xətlər donmur. Qonşu Rusiyada, o cümlədən digər soyuq ölkələrdə su xətti 4-5 metr yerin altından keçir. Bu isə su xəttinin donmaması üçün edilir".ASC rəsmisi əlavə edib ki, yaxın gələcəkdə fərdi yaşayış evlərində də su xətlərinin şəbəkəsi qurulacaq. Məhəllədaxili şəbəkələr də yerin altı ilə aparılacaq. Bundan sonra su xətlərinin donması kimi problemlər aradan qalxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB