Vaqif Əsədov: “Belə bir hava şəraitində ictimai nəqliyyatdan istifadə olunması tövsiyyə olnur”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov anomal, qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. V.Əsədovun SİA-ya verdiyi məlumata görə, idarə olunan nəqliyyat vasitələrinin təkərlərindəki protektrların qalınlığı normaya uyğun olmalı və tərkibində rezin məmulatı çox olan təkərlərdən istifadə edilməlidir. Belə bir hava şəraitində ictimai nəqliyyatdan istifadə olunması tövsiyyə olunur: "Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə peşəkar sürücülərin avtomobildən istifadə etmələri məsləhət görülür".
Piyadalara gəlincə, bölmə rəisi bildirib ki, bu cür hava şəraitində piyadalar diqqətli olmalı, yolun hərəkət zolağı ilə deyil yalnız səkilərlə hərəkət etməlidirlər. Bununla belə V.Əsədov yanvarın 28-dən fevralın 4-dək 69 yol-nəqliyyat hadisəsi qeydə alındığını dedi: "Bu qəzalardan da 44-ü avtomobilin hava şəraitinə uyğun olmayaraq idarə olunması nəticəsində baş verib. 5 hadisə isə avtomobillərin toqquşması nəticəsində meydana gəlib ki, bu da xəsarətsiz ötüşməyib"-deyə, o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB