Daha bir televiziyanın lisenziya müddəti uzadıldı

Daha bir televiziyanın lisenziya müddəti uzadıldı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya, radio və əlavə informasiya yayımı, "Konnekt" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1, 33.4, 33.7, 33.9-cu bəndini rəhbər tutaraq "Space Müstəqil Televiziya və Radio Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya, radio və əlavə informasiya yayımı, "Konnekt" Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə