Bu gün Şirvan şəhərində Kənd Təsərrüfatı Nazirliyi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə 2 pilot layihəsi çərçivəsində kənd təsərrüfatı texnikalarının təhvil verilməsi ilə əlaqədar tədbir keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov, Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mərdan Camalov qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb. O, eyni zamanda ölkənin aqrar sektordakı inkişafında danışıb.
Nazir İsmət Abasov çıxış edərək bildirib ki, Azərbaycanla Yaponiya arasında dostluğun əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ildə Yaponiyaya rəsmi səfəri zamanı qoyulub: "Azərbaycan hökuməti ilə Yaponiya arasında imzalanmış razılığa əsasən 1998-2011-ci illər ərzində 2 KR layihəsi çərçivəsində Yaponiya hökumətinin qrantları hesabına cəmi 863 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 297 ədəd taxılyığan kombayn, 212 ədəd traktor, 186 ədəd kotan, 148 toxumsəpən, 20 ədəd rotasion mala və 287 ədəd digər texnikalar alınıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun şəkildə hüquqi, fiziki şəxslərə lizinqlə icarəyə verilir, həmçinin satılır.
Nazir ümumilikdə Yaponiya hökumətinin ayırdığı qrantlar və tərəfdaşlıq fonduna toplanmış vəsait hesabına 1616 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası alınaraq Azərbaycana gətirilib. Nazir bu il də ölkəmizə qrant razılaşmasına əsasən 260 milyon Yaponiya yeni məbləğində pul ayrılıb. Həmin vəsaitə 29 ədəd taxıl yığan kombayn alınacaq. Tərəfdaşlıq Fonduna toplanmış 1410 min manat məbləğində vəsait hesabına Yaponiya hökuməti ilə razılaşdırılaraq 2011-ci ildə keçirilmiş tender nəticəsində 10 ədəd taxılyığan kombayn və 167 ədəd müxtəlif texnikalar alınaraq respublikaya gətirilib və bu gün təhvil verilməsi mərasimi keçiriləcək.
Yaponiya səfiri tədbirdə çıxış edərək bundan sonrada ölkəsinin Azərbaycanın kənd təsərrüfatının inkişafına yardım göstərəcəyini bildirdi. Rəsmi hissə başa çatdıqdan sonra texnikalara baxış keçirilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB