Yeni \"Venesiya” şəhərciyi yaxın aylarda istifadəyə veriləcək

Yeni \"Venesiya” şəhərciyi yaxın aylarda istifadəyə veriləcək

Dənizkənarı Milli Parkındakı vaxtilə məşhur olan "Sadko" kafesi ləğv edilib. Kafe yerləşdiyi uzunluğu 450 metr olan estakada isə dənizə doğru daha 100 metr uzadılıb. Nəzərdə tutulub ki, gələcəkdə eskada yeni kafe inşa edilsin. Hazırda orada son tamamlanma işləri gedir və eskada işıqlandırma sistemi ilə təchiz olunur. "Saat qülləsi"nin qarşısındakı dənizə çıxan kiçik eska da artıq təmir olunub.

Bu barədə Dənizkənarı Milli Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidovun SİA-ya məlumat verib. N. Məcidov qeyd edib ki, hazırda isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada da tikinti işləri yekunlaşmaq üzrədir. Parkın "Venesiya" şəhərciyi də yaxın iki ayda istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə