Göyçayda yanğın təhlükəsizliyi ilə bağlı reyd keçirilib. Reydlər Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı ilə təşkil olunub. SİA-nın Göyçay bürosunun verdiyi məlumata görə, reyd zamanı rayonda fəaliyyət göstərən bazar və ticarət mərkəzlərində yanğın təhlükəsizliyi yoxlanılıb. Bəzi ticarət mərkəzlərindəki elektrik naqillərində, qeyri-standart qızdırıcıların quraşdırılmasında aşkar edilən nöqsanlar barədə sahibkarlara məlumatlar verilib. Dövlət yanğın nəzarəti idarəsinin, rayon paylayıcı elektrik şəbəkəsinin 20-yə yaxın əməkdaşının və bazar rəhbərliyinin iştirak etdiyi reyddə geyim əşyaları, elektrik avadanlıqları və məişət əşyalarının satışı ilə məşğul olan 150 sahibkara yanğın zamanı davranış qaydaları barədə məlumatlar verilib. Ticarət mərkəzinin rəhbərliyi və sahibkarlar yanğın avtomobillərinin bazar ərazisinə sərbəst yaxınlaşması üçün lazımı şəraitin yaradılması, su mənbələrinin nasazlığının aradan qaldırılması, mağazaların yanğınsöndürmə vasitələri ilə təchiz edilməsi haqda ciddi təlimatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB