Nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəddə avtomatlaşdırılmış nəzarət sistemi quraşdırılıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində "Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi" layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB