Cəlilabad Elektrik Şəbəkəsində (EŞ) ötən il yenidənqurma və təmir tikinti işləri həyata keçirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 1,2 kilometr uzunluğunda 10 kV-lik EVX çəkilib, 8,3 kilometrə yaxın xətt yenidən qurulub və 29 kilometrə yaxın xətdə isə təmir işləri aparılıb. Eyni zamanda 3 kilometrə yaxın 0,4 kV-lik xətt çəkilib, eyni gərginlikli mövcud xətlərin 29 kilometrdən artıq hissəsi SİP kabellə əvəzlənib, 11 kilometrə yaxın xətdə isə təmir işləri həyata keçirilib. Bütün bunlarla yanaşı, smartkart tipli sayğacların quraşdırılması ilə əlaqədar olaraq 13 kilometrə yaxın koaksial kabel xətti çəkilib.
Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də aparılıb. Belə ki, sözügedən dövr ərzində 4 ədəd yeni TM quraşdırılıb, 50-dən artıq TM-də yenidənqurma işləri aparılıb, 48 ədədində təmir işləri aparılıb və 25-ə yaxın transformator təmir edilərək şəbəkəyə qoşulub.
Analoji tədbirlər Biləsuvar EŞ-in də xidməti ərazisində aparılıb, 1 kilometrə yaxın 0,4 kV-lik EVX çəkilib və 28 kilometrdən artıq xətt təmir edilib. Eyni zamanda 34 kilometrdən 10 kV-lik EVX-də də əsaslı təmir işləri həyata keçirilib.
Təmir kampaniyası zamanı 140-dan artıq TM-də müxtəlif təyinatlı təmir işləri görülüb, 20 ədəd transformator təmir edilərək istismara verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB