Bugünə kimi 400-ə qədər qaçqın və məcburi köçkün şəxsi mənzillərdən çıxarılıb
"Şəxsi evlərdə yaşayan qaçqın və məcburi köçkünlərin problemlərin həll edilməsi ilə bağlı proses gedir. Artıq bugünə kimi 400-ə qədər qaçqın və məcburi köçkün mənzillərdən çıxarılıb". SİA-nın xəəbirnə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, dövlət proqramına həm 2007, həm də 2011-ci ildəki əlavələrdə bütün bunlar nəzərdə tutulub. Ə.Həsənov qeyd edib ki, tikinti prosesi getdikcə, bu ildən başlayaraq yataqxanalardan köçürülmə prosesi də başlayacaq.
"Gələn il isə çox böyük həcmli tikinti işləri aparılacaq. Hesab edirik ki, bu il və gələn il Bakı şəhərindəki yataqxanalardan qaçqınların köçürülməsi üçün böyük bir qismi Abşeron rayonu Qobu qəsəbəsində 200 hektar torpaq sahəsi ayrılıb. Orada böyük bir şəhərcik salınacaq və qaçqınlar Qobuda məskunlaşacaq. Yataqxanaların kimin və ya hansı qurumun balansında olmasından asılı olmayaraq orada yaşayan qaçqın və məcburi köçkünlər zamanla köçürüləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB