Gəncədə yeni layihənin müzakirəsi olub - FOTO

Gəncədə yeni layihənin müzakirəsi olub - FOTO

Gəncədə Bərk Məişət Tullantılarının Kompleks İdarə edilməsi layihəsinin müzakirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, layihə İqtisadi İnkişaf Nazirliyinin və şəhər İcra Hakimiyyətinin təklifi ilə almaniyalı mütəxəssislər tərəfindən hazırlanıb. Layihə Almaniya İnkişaf Bankı tərəfindən ayrılan kredit hesabına həyata keçiriləcək.

İlkin mərhələdə nazirlik və şəhər İcra Hakimiyyəti rəsmilərinə təxminən 3 təklif təqdim olunub. Bunlar köhnə məişət tullantıları poliqonunun yaxşı vəziyyətə salınması, daha da genişləndirilməsi və yeni məişət tullantıları poliqonunun yaradılmasıdır. Son təklif qəbul olunarsa, onda ətraf rayonlarda ərazilərin ayrılması gündəmə gətiriləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə