Sinoptikləri kəskin hava şəraiti ilə əlaqədar yenidən xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, fevralın 7-də hava şəraitinin qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, güclü şimal-qərb küləyinin arabir şiddətlənəcəyi, çovğunlu olacağı gözlənilir.
SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən xəbər verir ki, fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10, gündüz 3-5 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, şaxtalı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı, çovğun olacağı gözlənilir. Havanın temperaturu gecə 6-9, gündüz 3-5 dərəcə şaxta olacaq.
Fevralın 9-da isə gündüz yağıntılarda fasilə olacağı, şimal-qərb küləyinin gündüz zəifləyəcəyi, havanın temperaturu gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB