Əli Həsənov: “Ötən il Azərbaycan bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib”

Əli Həsənov: “Ötən il Azərbaycan bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib”

"Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün 20 ildə 4,6 milyard dollar vəsait xərcləyib. Onun 2,7 milyard dolları büdcə vəsaiti hesabına, 1 milyard dolları Neft Fondu hesabına, 900 milyon dolları isə Beynəlxalq Təşkilatların hesabına başa gəlib". SİA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Fransa senatının nümayəndə heyəti ilə görüşündə bildirib. Onun sözlərinə görə, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 müasir qəsəbə tikilib: "Son 8 ildə 120 mindən artıq ailə yeni qəsəbələrə köçürülüb"-deyə, o əlavə edib.

Son doqquz il ərzində məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin 75 faizdən 18 faizə düşdüyünü xatırladan Ə. Həsənov bildirib ki, ötən ildə Azərbaycan dövləti bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib: "Bu vəsait dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə