O şəhidliyin üzərinə bu cür gözü açıq getdi. Çəkinmədən, kipriyini belə qırpmadan. Təsadüfən ölmədi, vətəni üçün qanını verib hallalıgını almaq istədi. Şəhidliyin zirvəsinə ucaldı. Millətinin qəhrəmanı, şəhidlik məkəbinin məzunu oldu. Şəhidliyi əsirlikdən keçdi. Cansız bədənini əsir aldılar. Onu vətənindən saxladılar. Öncə ruhu gəldi vətəninə. Sonra əsgər yoldaşı getdi arxasınca. Bərabər vətənə döndülər. Savaşdılar və xalqın başı üzərində son mənzilə getdilər. Milli Qəhrəman Mübariz İbrahimovun bu gün dogum günüdür. O dogum gününü şəhidliyi ilə hədiyyələndirdi. 24 yaş. Ömrünün bahar çagında qışa düşdü, buzlaşdı bədəni. İndi onun buza dönmüş bədəni qəhrəmanlıq abidəsidir. Dogum günün, şəhidlik günün mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB