Kəmaləddin Heydərov Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşiri qəbul edib

Kəmaləddin Heydərov Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşiri qəbul edib

Azərbaycanın Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşiri qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə nazir FHN və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini qeyd edib, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirib. Bununla belə R. Cavanşir də əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib və bu kimi görüşlərin iki qurumun əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırıb. Görüşdə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı" imzalanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə