Bərdə rayon Uşaq Gənclər İdman Məktəbində Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı 32 müəllim işdən azad edilib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, idman məktəbində bir neçə idman növü üzrə 47 qrup fəaliyyət göstərib ki, bu qruplardan da 32-si monitorinq zamanı işdən kənar edilib. Yerdə qalan 15 qrupun fəaliyyəti isə davam etdirilir.
Müəllimlər işdən uzaqlaşdırıldığına görə, isə 400-ə yaxın idmançı idmandan uzaq düşüb. Elə qruplar var ki, 6-7 ucqar kəndin yeniyetmə və gənclərini özündə cəmləşdirib. Futbol, voleybol, güləş və sair idmanlara çox böyük həvəs göstərən gənclər isə müəllimlərinin işdən azad edilməsi və sevdikləri idmandan uzaq düşdüklərin üçün çox məyusdurlar.
1967-ci ildən fəaliyyət göstərən Bərdə rayonu Uşaq Gənclər İdman məktəbinin 45 müəllim kollektivi fəaliyyət göstərir. 45 ildir Bərdəli idmançıların beynəlxalq turnirlərdə və respublika səviyyəli yarışlarda uğurlar qazanmasında bu müəllimlərin çox böyük əməyi var. İşdən çıxarılan müəllimlər arasında SSRİ və beynəlxalq yarışların birinciləri olmuş və hətta əməkdar müəllimlər də var.
Qeyd edək ki, gənclərdən ibarət futbol komandası da məşqçiləri işdən azad edildiyindən öz fəaliyyətini dayandırmaq məcburiyyətindədir. Komanda respublika çempionatında birinci yeri tutmasına baxmayaraq, tutduğu postla vidalaşa bilər.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB