Məcburi köçkünlər problemlərini həll etmək üçün bir yerə toplanıb

Məcburi köçkünlər problemlərini həll etmək üçün bir yerə toplanıb

Ağdamın Bənövşələr qəsəbəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər soyuq qış günlərində istilik tapa bilmirlər. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qəsəbəyə qaz çəkilişi başa çatsa da hələ ki əhalinin istifadəsinə verilməyib. Qaz olmadığından sakinlər həyətlərindəki meyvə ağaclarını kəsib yandırmağa məcbur olublar.

Sobasını qızdırmaqda çətinlik çəkən sakinlər tezliklə mavi yanacağın qəsəbəyə verilməsini istəyir. Şaxtalı qarlı hava bu günlərdə vəziyyəti daha da çətinləşdirib.

Sakinlərin daha bir narazılıqları isə subartezian quyusuna elektrik sayğacının qoşulmasıdır.

Məsələ ilə bağlı Ağdam rayon İcra Hakimiyyətindən bildirdiriblər ki, ərazidə yaşayan məcburi köçkünlər dövlət tərəfindən onlar üçün nəzərdə tutulan limitdən çox su sərf edirlər: \"Buna görə də subartezian quyusu artıq enerji sərf etdiyindən \"Azərenerji\" tərəfindən quyulara sayğac quraşdırılıb. Qaldı ki, sakinlərin qaz probleminə, hazırda ərazidə \"Azərqaz\" tərəfindən çəkilişlər aparılır. Bu günlərdə işlər yekunlaşmaq üzrədir. Qeyd edək ki, işlər tam başa çatıqdan sonra sakinlər mavi yanacaqla təmin ediləcək\".


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə