Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Quba Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib.
MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB