Ağdamda qanvermə aksiyası keçirilib. Rayon sakinləri könüllü şəkildə talassemiyalı və hemofiliyalı xəstələrə kömək məqsədilə donorluq edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, keçirilən qanvermə aksiyasında 120 nəfər iştirak edib. Qanın götürülməsi işini Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Bərdə rayon şöbəsinin əməkdaşları həyata keçirib. Bu günədək rayonda 11 nəfər talassemiyalı, 5 nəfər isə hemofiliyalı xəstə qeydiyyata alınıb. Onlara kömək məqsədilə, hər il bu cür humanitar aksiyalar keçirilir.
Aksiyadan toplanan qan irsi qan xəstəliklərinə, talassemiya, ümumiyyətlə qana ehtiyacı olan insanlara köçürüləcək.
Qan bankının əməkdaşlarının iştrakı ilə qanverməyə gələnlərin ilk olaraq qan qrupları yoxlanılır.
Qeyd edək ki, hər bir sağlam insandan 150-200 qram qan çəkilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB