360 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

360 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı


Bakının Nəsimi rayonunda,


- Moskva prospekti, ev 58A ünvanında yerləşən \"Al market\"də;

- A.Məhərrəmov küçəsi, ev 30A ünvanındakı \"Cəlal market\"də;


Yasamal rayonund,


- C.Cabbarlı küçəsi, ev 6/8 ünvanındakı \"Qırmızı market\"də;

- Zərgərpalan küçəsi, ev 130 ünvanında Cəmil Fərəcova məxsus mağazada;

- Z.Əhmədbəyov küçəsi, ev 17 ünvanında \"Əlibəyli\" firmasına məxsus mağazada;


Nizami rayonunda,


- Cəfərov və Abbasov küçələrinin kəsişməsində yerləşən \"Planet supermarket\"də;

- Q.Qarayev prospektindəki \"İdrak market\"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib;

Gəncə şəhərində

- M.Bağırov küçəsi, 71 ünvanında İlqar Əsgərova məxsus mağazada; saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib;


Gəncə şəhərində,


- Bağmanlar küçəsində Ülfət Hümbətova məxsus mağazada;


Göyçay rayonunda,


-M.Ə.Rəsulzadə küçəsində yerləşən \"M N market\"də;

-M.Hüseynzadə küçəsində Salman Salmanova məxsus mağazada;


Quba şəhərində,


- H.Əliyev prospektində yerləşən \"Meqa market\"də;


Xaçmaz şəhərində,


- İ.Qayıbov küçəsində Etibar Mustafayevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 360 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə