MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Mədəni İrs" seminarlarını ölkəmizin müxtəlif təhsil və mədəniyyət ocaqlarında keçirir. SİA-nın xəbərinə görə, seminarlar mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı və məruzəsi ilə keçirilir.
Son zamanlar Fransada ermənilərin lehinə qərarların qəbul olunması və qondarma soyqırımın inkarının cinayət hesab edilməsi istiqamətində təbliğat cəmiyyətimizdə fransızlara qarşı ikrah hissi oyadıv. Bu məqsədlə MİRAS İctimai Birliyi Azərbaycan Fransa əlaqələrinin tarixinə, fransızların ermənilər haqqında yazılarına, fransızların müstəmləkə siyasətinin nəticələrinə dair seminar keçirməyi planlaşdırır. Seminarda Fransa və fransızlar haqqında Azərbaycanın ən məlumatlı yazıçısı olan Hamlet Qoca məruzə edəcək. MİRAS İctimai Birliyinin "Azərbaycan-Fransa əlaqələri tarixdə" adlı növbəti seminarı fevralın 9-da keçiriləcək.
Seminarın sonunda Fransa dostu Ermənistanın 20 il əvvəl Xocalıda törətdiyi soyqırım hadisəsinə tarixçilərin baxışından və Xocalı mədəni irs abidələrinin taleyindən bəhs edən "Xocalı vaxtı" filmi nümayiş ounacaq. Seminarda mövzu ilə maraqlanan bütün ziyalıları, elm adamları, tələbələri, KİV təmsilçilərini yaxından iştiraka dəvət edirik.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB