Güclü qarın yağması Zərdabi kəndində yaşayan Cahangir Əhmədinin evinə ciddi ziyan vurub. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, qar onun həyətindəki yaşayış evinə bitişik çardağın dam örtüyünü uçurub.
Qeyd edək ki, güclü qar çardağla bitişik evə də ziyan vurub. 10 min manata qədər ziyan dəyilən evin dam örtüyündə çatlar əmələ gəlib.
Gündüz isti, gecələr isə fasiləsiz qarın yağması damın ağırlığa dözməməsinə gətirib çıxarıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB