Bu gecə ölkə ərazisində hava qarlı-şaxtalı olacaq

Bu gecə ölkə ərazisində hava qarlı-şaxtalı olacaq

Bu gündən başlayaraq havanın temperaturu yenidən aşağı düşəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan aldığı məlumata görə, gecə saatlarından başlayaraq fevralın 8-dək ölkə ərazisində havaların qarlı-şaxtalı olacağı proqnozlaşdırılır.

Xəbərdə deyilir ki, fevralın 6-da paytaxt Bakıda buludluluğun artacağı və gecəyə doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Sabahdan hava şəraitinin kəskinləşəcəyi, şaxtalı olacağı və güclü şimal-qərb küləyinin əsəcəyi, arabir qar yağacağı proqnozlaşdırılır. Temperatur gecə və səhər saatlarında 1-3 dərəcə şaxta, günün ikinci yarısında hərarət bir qədər aşağı düşəcək və axşam saatlarında 5-8 dərəcə şaxta təşkil edəcək. Fevralın 8-də də paytaxtda hava şaxtalı və küləkli olacaq, qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək. Gündüz mənfi 2-4, gecə 5-8 dərəcəyə çatacaq.


Bölgələrdə fevralın 7-8-də hava şəraiti şaxtalı və qarlı keçəcək. Güclü qərb küləyi əsəcək. Temperatur gecə saatlarında Mərkəzi Aran rayonlarında mənfi 0-4, dağlarda isə günorta saatlarında 3-8 dərəcə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə