Hillari Klinton: “Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır”

Hillari Klinton: “Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır”

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir. Ermənistan XİN-in internet saytına istinadən verilən məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib. Görüş 48-ci Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.


"ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə razılaşma əldə etməkdə və problemin həllində köməkliyi davam etdirəcək", - Hillari Klinton deyib.


Ermənistan XİN-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı vəziyəti ətraflı müzakirə edilib.


Edvard Nalbandyan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik rolunun vacibliyini xüsusi qeyd edib. O, Hillari Klintona Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirilən görüşünün nəticələri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə