Hava şəraitinin qeyri-sabit keçməsi körpələrə də təsirsiz ötüşməyib. Valideynlər hava şəraitinin azyaşlılara pis təsir etdiyini bildirirlər. Uşaqların boğaz nahiyəsindən başlayan xəstəlik qızdırmaya, halsızlıqla müşahidə olunur.
Pediatr Cəmilə Məmmədova SİA-ya bildirib ki, belə hallarda uşaqları ev şəraitində müalicə etdirmək yanlışdır: "Xəstəlik ciddi müalicə olunmadığı təqdirdə uşağın orqanizmində ciddi fəsadlar törədə bilər. Soyuq hava şəraitində uşaq orqanizmi daha həssas olduğu üçün xəstəliklərə tez yoluxur. Ümumiyyətlə, qeyd etmək istəyirəm son illər doğulan uşaqlar arasında xəstəliklər olduqca çoxdur. Azyaşlılar daha çox müxtəlif infeksiyalardan əziyyət çəkir. Övladının sağlamlığının qayğısına qalmaq istəyən valideynlər müalicəyə hələ ana bətnində başlamalıdır. Çünki vaxtında müalicə aparılmadıqda gələcəkdə ciddi problemlərə səbəb olur. Məsələn, hazırda yeni doğulanların 80-90 faizində beyin təzyiqi, göz çəpləşməsi, asfiksiya, kəllədaxili travma və bu kimi çatışmazlıqlar qeydə alınır. Həkimə müraciətlərin əksəriyyəti də yenidoğulanlarla bağlıdır. Bəzən yanlış aparılan müalicə daha ciddi və mənfi xəstəliklərin yaranmasına səbəb olur\".
Həkimin dediyinə görə, uşaqlar arasında daha çox boğaz nahiyəsində xəstəliklər artıb: "Bəzən valideynlər bu xəstəlikdən uşaqları ev şəraitində müalicə etməyə çalışırlar. Ancaq bu uşaqda ciddi nöqsanların yaranmasına səbəb ola bilər. Boğaz xəstəlikləri əsasən boğazında artıq əti olan uşaqlarda daha tez-tez təsadüf olunur. Nəzərə almaq lazımdır ki, 5 yaşlı uşaqların boğaz ətini kəsdirmək yasaq olduğundan onları yeni üsulla müalicə etmək məsləhət görülür. Belə ki, hazırda klinikaların əksəriyyətində lazer üsulu ilə boğaz əti əridilir və onun böyüməsinin qarşısı alınır\".
Mütəxəssis uşaqlar arasında geniş yayılmış göz çəpliyi probleminə də toxunaraq bildirdi ki, bu problemin yaranması daha çox nevroloji problemlər səbəb olur: \"Bu problemi aradan qaldırmaq üçün öncə düzgün diaqnoz qoyulması vacibdir. Göz çəpliyinə səbəb əksər hallarda beyin daxili problemlər səbəb olur. Bu zaman beyindaxili müalicə aparılmalı, daha sonra göz nahiyəsində olan problemlərin müalicə olunmalıdır. Bəzən valideynlər göz çəpliyi probleminə səthi yanaşaraq buna məhəl qoymurlar və uşağın yaşı artdıqca göz çəpliyini aradan qaldırmaq çətinləşir. Hətta əməliyyata zərurət yaranır\".
Mütəxəssis sonda uşaqlar arasında yayılmış xəstəliklərin mövsümi xarakter daşıdığını da dedi: \"Qqış mövsümündə virus xəstəliklərinə daha çox rast gəlinir. El arasında buna soyuqdəymə xəstəliyi deyilir. Fəsillərin başlanması ilə bağlı nəinki uşaqlar arasında, hətta böyüklərdə də xəstəliklər müşahidə edilir. Xəstəliyi yaradan isə soyuq faktordur. Valideynlərin diqqətinə çatdırım ki, uşaqların immunitetinin möhkəmləndirilməsinə ciddi fikir versinlər. Onların qida rasionu möhkəmləndirilməlidir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB