Şimal zonasında havanın kəskin dəyişməsi yerli sakinlər üçün bir sıra problemlər yaradıb. SİA-nın xəbərinə görə, bu problemlərdən biri kənd təsərüfatında özünü göstərib. Belə ki, məşhur Quba bağlarında yetişən tonlarla almanı şaxta vurub, yerli sakinlər havaların son bir həftədə hədindən artiq şaxtalı keçdiyindən öz məhsullarını qoruyub saxlaya bilmədiklərin bildirirlər.
Bağbanların sözlərinə görə, son 40 ildə bu cür şaxtalı hava müşahidə olunmayıb. Məhsulu bəziləri saxlam kameralarında, kimisi də öz həyətlərində xüsusi üstü bağlı yerlərdə qoruyub saxlayıblar. Güclü şaxta Qubanın Zərdabi, Bağbanlı, Amsarqışlaq, Barlı, Vladimirovka, Əlibəyqışlağ və s. kimi kəndlərdəki bağbanların məhsulunu zay edib. Onu da qeyd edək ki, bu il məhsulun 10 %-i satılıb. Qalan məhsul isə saxlama kameralarında və bağbanların alma çardaqlarında saxlanılaraq satılmayıb. Güclü şaxta həyətlərdəki məhsulu zay edib. Hər tərəfi bağlı olan çardaqlarda da şaxta təsirsiz ötüşməyib. Bağbanlar evindəki xalça-palazları ilə məhsulu büksələr də heç bir təsiri olmayıb.
Bununla bağlı Quba Regional Kənd Təsərrüfatı İdarəsi bağbanlara bildirmək istəyir ki, məhsulun zay olmaması üçün saxlama kameralarına müraciət etsinlər. İdarənin baş məsləhətçisi Nofəl İslamov bildirib ki, belə qarlı hava son 40 ildə müşahidə olunub. Ümumilikdə, götürsək ötən il rayonda 109 min ton, bu ilisə 117 min ton məhsul olub. Əldə olan məhsulun demək olar ki, 60 %-i qonşu Rusiya bazarlarına gedirdisə, bu il Rusiya gömrüyündə qoyulan rüsumun qiyməti yüksək olub və yerli bazarlarda məhsul bol olduğundan qiymətin aşağı düşməsi ilə nəticələnib.
Yerli bazarda məhsulun qiymətinin aşağı düşməsi bağbanlara 2-ci problemlər yaşadır. Min bir əziyyətlə məhsul yetişdirən bağbanlar məhsulu xarici bazarlara aparacağı ümidi ilə saxlama kameralarına ayda 1 ton almaya 40 manat saxlama haqqı verərək öz məhsullarını saxlayıblar. İndi məhsulu sata bilməyən bağbanların ümidi heç nəyə qalmayıb.
Rayon üzrə 16 saxlama kamerası fəaliyyət göstərir ki, bu da istehsal olan məhsulu tam saxlamaq üçün yetərli deyil. Sakinlər buna daha çox ehtiyac olduğunu, əsasən də şaxtalı havalarda məhsullarını saxlaya bilmələri üçün lazım olduğunu deyirlər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB