Ötən il Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi 1250 əmtəə nişanına dair şəhadətnamə, 111 ixtiraya dair patent, 43 sənaye nümunəsinə dair patent, 9 faydalı modelə dair patent verilib.
Komitədən SİA-ya verilən məlumata görə, sifarişlər əsasında 56 laboratoriya akkreditasiya olunaraq dövlət reyestrində qeydiyyata alınıb. Onlara 44 texniki səlahiyyətliliyə akkreditasiya olunmuş sınaq laboratoriyası, 3 kalibrləmə laboratoriyası və 9 müstəqil laboratoriyadır. Bundan əlavə 132 laboratoriyanın akkreditasiya attestatlarının qüvvədə olma müddəti uzadılıb. Digər 11 sifariş məktubu icradadır. İlkin qiymətləndirmə zamanı müəyyən olunub ki, laboratoriyalar akkreditasiya üçün qoyulan tələblərə tam cavab vermir. Həmin sifarişçilərə komitənin ekspertləri tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib. 2011-ci il ərzində komitəmiz tərəfindən akkreditasiya olunmuş 26 laboratoriyada inspeksiya nəzarəti də həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB