Ölkəmizdə radioloji qəza halına dair Milli Planın hazırlanması nəzərdə tutulub

Ölkəmizdə radioloji qəza halına dair Milli Planın hazırlanması nəzərdə tutulub
Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi beynəlxalq əməkdaşlıq sahəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əlaqələrin inkişaf etdirilməsinə mühüm yer verir. SİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu əlaqələr çərçivəsində ölkədə radiasiya təhlükəsizliyi sahəsində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə AEBA ilə əməkdaşlıq əsasında Agentlik tərəfindən "Milli radioloji qəza planının hazırlanmasına dəstək" adlı yeni texniki əməkdaşlıq layihəsi hazırlanaraq təklif edilib.

Layihədə nüvə və radioloji qəza hallarında cavab vermə tədbirlərinə cəlb olunacaq orqanlar, fövqəladə qəza halları zamanı istifadə olunacaq rabitə sistemləri, plan üzrə öhdəliklərə uyğun olaraq dövlət orqanlarının imkanları təsvir olunacaq.

Layihə çərçivəsində Azərbaycanda radioloji qəza hallarına hazırlıq və cavab vermə tədbirləri üzrə işlərin hər bir mərhələsində iştirak edən bütün təşkilatların rolu və vəzifələri dəqiq müəyyən edilməklə radioloji qəza halına dair Milli Planın hazırlanması da nəzərdə tutulub. Layihənin 2012-2013-cü illərdə həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə