Bu gün Astarada zəlzələ baş verib

Bu gün Astarada zəlzələ baş verib
Bu gün səhər saatlarında Astarada zəlzələ baş verib. SİA-nın xəbərinə görə, yerli vaxtla saat 10:19:32-də, Astaradan 11 km şimal-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4, dərinliyi isə 33 km olub. Zəlzələ həmçinin Astara və Lənkəranda da 3 bal gücündə hiss olunub. Təlafat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə