Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə keçirilən seminar-məşğələlər davam edir. SİA-nın xəbərinə görə, fevralın 1-də və 2-də Sumqayıt şəhəri, fevralın 3-də isə Bakı şəhəri Yasamal rayonu orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər üçün seminar-məşğələlər keçirilib.
Bu seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır.
Qeyd edək ki, bu seminar-məşğələlərdə iştirak edən müəllimlər TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə və imtahanların idarə olunması işində hazırlıqlarına kömək edəcək.kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB