Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, Bakı-Quba və Bakı-Şamaxı yollarında buzlaşma müşahidə olunur. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində artıq buzlaşma var. K. Əliyev sürücüləri hava şəraitinə uyğun seçim etməyə çağırıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur. .Dövlət Yol Polisi mövcud vəziyyəti nəzərə alaraq, sakinləri buzlu yollarda mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB