241 baglı cinayətin üstü açılıb, onlardan 51 xüsusi ilə agır cinayətdir

241 baglı cinayətin üstü açılıb, onlardan 51 xüsusi ilə agır cinayətdir
2011-ci ildə Azərbaycanda törədilmiş 24 min 263 cinayətin 82,9 faizinin açılması təmin edilib. Bu barədə baş prokuror Zakir Qaralov bu gün keçirilən Baş Prokurorluqda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib. Qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa az ağır zərər vurma, seksual xarakterli zorakılıq hərəkətləri, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 24 min 263 cinayətin 82,9 faizinin açılması təmin edilib. Daxili işlər orqanları ilə birlikdə aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayətlərin üstü açılıb. 2011-ci ildə Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsas istiqamətlərindən olan istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin aparılan islahatlara müvafiq olaraq yeni müstəvidə təşkili istiqamətində görülən işlərin müsbət nəticələri olub, il ərzində bütün istintaq orqanları üzrə 15 min 661 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9650 iş məhkəmələrə göndərilib, ümumi müddət pozuntusu ilə istintaq olunma faizi 7,7-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyan ödətdirilməsi ilə əlaqədar səmərəli tədbirlərin həyata keçirilməsi, istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə