Ölkə ərazisində hökm sürüən soyuq hava şəraiti bölgələrdə enerji sərfiyatını artırıb. Vətəndaşlar soyuq qış günlərində sobasını yandırmaq üçün adi günlərdən müqayisədə daha çox enerji işlədir. Bu səbəbdən də abonentlərin gündəlik istifadə etdiyi mavi yanacağın sərfiyatı 35 faizə qədər artıb. Məlumalt üçün bildirək ki, Bərdədə 13798 abonent təbii qazdan istifadə edir. Bərdədə bu günə qədər şəhər mərkəzinin 99 faizi və 33 kənd mavi yanacaqla təmin edilib. Qeyd edək ki, hazırda bir neçə kənddə qaz çəkilişi davam edir.
Bu günlərdə rayon paylayıcı elektrik şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün qəza halları aradan qaldırılır. Elektrik təchizatında hər an baş verə biləcək qəzaların qarşısını operativ almaq üçün əlavə işci qrupu yaradılıb. Qeyd edək ki, bəzi kəndlərdə vətəndaşlar istiliyə olan təlabatını elektrik enerjisi ilə ödədiyindən rayonda enerji sərfiyatı 12 faiz artıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB