Müntəzəm yağan qar fəsadsız ötüşməyib. SİA-nın Aran bürosunun məlumatına görə, kəskin dəyişən hava şəraiti bütün sahələrdə çətinlik yaradıb. Qar Aran bölgəsində də özünü göstərib. Şirvan şəhərində də demək olar ki, gün ərzində qar yağıb. Yağan qar əriməyə macal tapmadığı üçün dam örtüklərində yığılıb qalıb. Ona görə də ötən gecə Şirvan şəhərinin Ticarət Mərkəzinin həyətində kənd təəssərüfatı məhsulları, meyvə tərəvəz satışı üçün tikilən çardaq qəflətən uçub. 20 metr uzunluğunda olan çardaq qar toplusuna tab gətirə bilmədiyindən çöküb. Xoşbəxtlikdən uçqun gecə saatlarında olduğunda insan təlafatı və yaxud xəsarət alan olmayıb.
Bazarın müdriyyəti yaranmış fəsadı aradan qaldırmaq üçün tədbirlər görməyə başlayıb. Çardaq yenidən qurularaq istifadəyə veriləcək.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB