Kamran Əliyev: “Ötən gündən etibarən respublika ərazisində 6 yol-nəqliyyat hadisəsi baş verib\" - AÇIQLAMA

Kamran Əliyev: “Ötən gündən etibarən respublika ərazisində 6 yol-nəqliyyat hadisəsi baş verib\" - AÇIQLAMA

Ötən gündən etibarən respublika ərazisində 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 2 nəfər ölüb, 7-si isə yaralanıb. Bunu SİA-ya Baş Dövlət yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, əsas qəzalar piyadaların vurulması ilə bağlıdır: "Qaradağ rayonunda və Mingəçevir şəhərinin hər birində 1 nəfər piyada yol qəzasının qurbanı olub".


Paytaxtda baş vermiş qəzalara gəlincə, şöbə rəisi dedi ki, Bakı şəhərində ölüm və xəsarətlə nəticələn yol qəzası qeydə alınmayıb: "Paytaxtda ötən sutka ərzində ümumilikdə 1 yol-nəqliyyat hadisəsi baş verib. Bu cür hava şəraitində sürücülər diqqətli olmalı, mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməlidirlər", - deyə, o bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə