Bu günə olan hava durumu
Bakıda və Abşeron yarımadasında qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir.Temperatur gecə 4-7° şaxta, gündüz 1-3° şaxta olacaq.Bakıda gecə 5-7° şaxta, gündüz 1-3° şaxta olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 773 millimetr civə sütunundan 778 millimetr civə sütununa yüksələcək, nisbi rürubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə gecə 12-17° şaxta , gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yaracağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.Temperatur gecə 4-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq.Temperaturun gecə 4-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Tibbi-meteoroloji proqnoz: şaxtalı hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə