Gəncə ətrafı rayonlarda “Quş qripi” əlehinə növbəti monitorinqlər keçirilib
Gəncə ətrafı rayonlarda "Quş qripi" ilə bağlı nöbəti monitorinqlər keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Göygöl Zona Baytarlıq Labaratoriyasının rəsmiləri tərəfindən aparılan yoxlamalar nəticəsində ölkədə sözügedən virus aşkar edilməyib. Gəncə, Göygöl, Daşkəsən, Samux, Goranboy rayonlarında təxminən 153 ev quşundan götürülən qan analizlərinin cavabları xəstəliyin aşkar edilmədiyini təsdiq edib.
Buna baxmayaraq əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir. Ev quşlarının qapalı şəraitdə saxlanılmasına aidiyyəti rəsmilər tərəfindən ciddi nəzarət olunur.
Ümumilikdə isə son 1 iildə 1037 ev quşundan monitorinq məqsədi ilə qan analizləri götürülüb və "Quş qripi" epidemiyası aşkar edilməyib
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB