Ölkə ərazisində davam edən qarlı hava bölgələri daha çox sınağa çəkib. SİA-nın Aran bürosunun məlumatına görə, müntəzəm yağan qar Şirvan şəhərində qismən çətinliklər yaradıb.
Bu gün səhərdən Şirvan şəhərinin ərazisinə yağan qar avtomabil yollarını örtüb. Səhər saatlarından Şirvan Şəhər İcra Hakimiyyəti əlaqədar xidmət təşkilatlarını yolların qardan təmizlənməsinə səfərbər edib. Günorta saatlarına qədər mərkəzi M.Rəsulzadə, Heydər Əliyev prospekti, Naxçıvan və digər nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdə texnikalar yolları qardan təmizləyib.
Dəmir yol xəttinin üzərində yığılıb qalan qar buz bağladığından avtomabillərin hərəkətində müəyyən çətinlik yaradıb, amma qısa zamanda həmin ərazi qardan təmizlənib.
Nəqliyyatın hərəkətində heç bir problem yaranmayıb. Gün ərzində təxminən günorta saatlarında bir nəqliyyat hadisəsi baş verib. Belə ki, 90 LH 522 nömrəli "Nexsiya" markalı avtomobil 18 BF 142 nömrəli "Mitsubishi" markalı avtomobili arxadan sürüşərək vurub. Xəsarət alan olmayıb. Hal hazırda qar yağmaqda davam edir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB