Ombudsman penitensiar müəssisələrin və psixiatriya xəstəxanalarının istiliklə təmin olunması vəziyyətini araşdırıb

Ombudsman penitensiar müəssisələrin və psixiatriya xəstəxanalarının istiliklə təmin olunması vəziyyətini araşdırıb

Ombudsman ölkədəki kəskin şaxtalı hava şəraitini nəzərə alaraq, penitensiar müəssisələrin və psixiatriya xəstəxanalarının istilik və qida ilə təmin olunması vəziyyətini araşdırıb. SİA-nın xəbərinə göər, o, penitensiar müəssisələrdəki vəziyyətlə əlaqədar olaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məktubla müraciət edib.

Araşdırma nəticəsində məlum olub ki, Qaradağ rayonunda yüksək gərginlikli elektrik xəttində və Binə qəsəbəsindəki elektrik yarımstansiyada yaranmış problemlərlə bağlı bu ərazilərdəki cəzaçəkmə müəssisələrində elektrik təminatı ilə əlaqədar müvəqqəti fasilə yaranıb və bu problem təcili aradan qaldırılmaqdadır. Eyni zamanda, müvafiq müəssisələrdə dizel yanacağı (solyarka) ilə işləyən generatordan istifadə olunur və məhkumlara vaxtı-vaxtında isti yemək verilir.

Həmçinin, araşdırma nəticəsində məlumat alınıb ki, psixiatriya müəssisələrində də lazımi tədbirlər görülüb və ruhi xəstələr isti qida ilə vaxtında təmin olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə