Gəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklər

Gəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklər

Azəraycanın ilk rəqəmsal kabel televiziyası operatoru Ailə TV Gəncə şəhərində öz fəaliyyətini genişləndirir. SİA-nın xəbərinə görə, 2011-ci ildən etibarən Gəncə şəhərində fəaliyyətə başlayan Ailə TV oktyabr ayından etibarən ilk qoşulmalar həyata keçirib. Gəncə şəhərində Ailə TV şəbəkəsi qısa vaxt ərzində bir sıra uğurlara imza atıb. Belə ki, hazırda Yeni Gəncə massivində və Mahrasa bağı adlanan ərazidə əhaliyə yüksək keyfiyyətli kabel televiziyası xidmətləri göstərilir. Yaxın zamanlarda Gülüstan qəsəbəsində də sakinlər Ailə TV-nin xidmətlərindən yararlana biləcəklər.

Hazırda Gəncə şəhərində ikinci filialın açılması istiqamətində işlər aparılır. Ailə TV-nin Yeni Gəncə filialının rəhbəri Elçin Səfərovun sözlərinə görə, şəhərdə ikinci filialın yaradılması işi artıq tamamlanmaq üzrədir. Belə ki, ikinci filialın açılması və şəhərdə Ailə TV şəbəkəsinin genişlənməsi üçün kifayət qədər investisiya yatırılıb və işlər görülüb. Ofis hazırlanıb, işçi heyəti yığılıb və yeni xətlərin çəkilməsi işləri həyata keçirilib. Hazırda müştəri xidmətlərinin əməkdaşlarına treninqlər keçirilir. Yaxın zamanlarda Gəncədə növbəti filialının açılışı olacaq. Yeni filialın açılması ilə Gəncə şəhərinin mərkəz hissəsində yaşayan əhali, həmçinin Abbas Səhhət qəsəbəsi və Gəncənin mikrorayonlarının sakinləri yüksək keyfiyyətli kabel televiziyası xidmətlərindən yararlana biləcəklər: "Artıq vətəndaşlar tərəfindən çoxlu sayda müraciətlər var. Gəncə şəhərinin mərkəz hissəsində yenidənqurma və abadlıq işləri ilə əlaqədar həmin ərazidə binaların görünüşünü korlayan peyk antenlərinin quraşdırılması qadağan olunub. Bu baxımdan həmin ərazidə Ailə TV-nin xidmətlərinə olan tələbat artır."

Qeyd edək ki, genişzolaqlı optik internet xidməti İKT sahəsində ən qabaqcıl texnologiyalardan hesab olunur. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber optik kanal üzərindən ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür. Bu da yüksək sürətli internet deməkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Yükləmə sürətləri (upload, download) provayder tərəfindən verilən internetin sürətinə bərabər olur

Bütün xəbərlər Facebook səhifəmizdə