Siyasi partiyalarımız Dağlıq Qarabağ məsələsində yekdil mövqedədirlər
Fevralın 1-də Milli
Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq
Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə
heyətinə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora ilə
Cozef Debono Qrex və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım
Aqnieşka Naçilo daxil idi.
Görüşü parlamentdəki hakim partiyanın nümayəndəsi, YAP icra katibinin müavini
Mübariz Qurbanlı açaraq ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə, o
cümlədən AŞPA ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Milli Məclisdə 11
siyasi partiyanın təmsil olunduğunu bildirdi və partiya rəhbərlərini qonaqlara
təqdim edib.
Sonra Ümid Partiyasının sədri İqbal Ağazadə siyasətlə bağlı bir sıra
məsələlər və qanunlar barədə fikirlərini bölüşüb. "Siyasi partiyalar haqqında"
qanunun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb, "Diffamasiya haqqında" qanun
qəbul edilməsini vacib saydığını bildirib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkəmizdə fakt-araşdırıcı missiya
həyata keçirən monitorinq qrupunun obyektivliyə söykənəcəyinə ümid ifadə
edib.
Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı deyib ki, monitorinqlərdən
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasını gözləyirik. Nə üçün Fransa
Senatı 100 il öncə baş verdiyi iddia edilən qondarma "erməni soyqırımı"na
münasibət bildirir, amma son onilliklərdə Azərbaycan torpaqlarını işğal etmiş
Ermənistan haqqında qəti mövqe irəli sürülmür?
Ədalət Partiyasının sədri İlyas İsmayılov Avropa Şurasının üzvü olan Fransa,
Slovakiya və İsveçdə insan haqlarını pozan qanunların qəbul edildiyini, hətta
İsveçdə bu yöndə məhkəmə təcrübəsinin də olduğunu vurğulayaraq Avropa
Şurasının bu məsələlərə biganə qaldığını önə çəkib. Xatırladıb ki, fikir və
düşüncəsinə görə insanların təqib olunduğu orta əsrlərdə Fransa, İngiltərə,
İtaliya və Almaniyanın fədakar ziyalıları buna qarşı çıxmışdılar və
nəticədə Avropa qanunvericiliyində insan haqlarının qorunması ilə bağlı irəliyə
doğru addım atılmışdı. İndi isə əks proses gedir.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Qüdrət Həsənquliyev fikirlərini bölüşərkən parlament
rəhbərliyində müxalifətin təmsil olunmasını zəruri saydıqlarını qonaqların
nəzərinə çatdırıblar.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qonaqların diqqətini
doğma yurdlarından zorla köçürülmüş 1 milyon Azərbaycan qaçqın və köçkünlərinin
mülkiyyət hüquqları məsələsinə yönəldib, monitorinq qrupunun bu dəfəki
məruzələrində obyektiv həqiqətləri, o cümlədən deyilən məsələni
işıqlandırmasının arzu olunduğunu bildirib.
Siyasi partiya rəhbəri olan deputatların hamısının çıxışında bir fikir xüsusi
vurğulanıb ki, Azərbaycandakı bütün siyasi partiyalar Dağlıq Qarabağ
məsələsində yekdil mövqedədirlər, bu məsələdə iqtidarla müxalifət arasında
fikir ayrılığı yoxdur.
Görüşdə Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de
Moranı maraqlandıran suallara aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



