Şirvanda Gənclər Günü qeyd olunub - FOTO

Şirvanda Gənclər Günü qeyd olunub - FOTO

Şirvanda Gənclər Günü qeyd olunub. SİA-nın Aran bürosunun məlumatına görə, Şirvan şəhər Gənclər və İdman İdarəsi 2 fevral Gənclər Günü ilə bağlı bayram tədbiri keçirib. Tədbirdə giriş sözü ilə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışında sonra ölkə gənclərinə xüsusi dövlət qayğısının ayrılmasını prioritet məsələ kimi qarşıya qoyulmasından, bu istiqamətdə qəbul edilən qərarlardan, gənclərlə görüşlərin təşkili və onların dövlət idarəçiliyində irəli çəkilməsindən, eyni zamanda gənclərin problemləri ilə məşğul olan nazirliyin yaradılması barədə məlumat verib. Şirvan gənclərinin idmanda, təhsildə, mədəniyyətdə əldə etdiyi nailiyyətlərə toxunan idarə rəisi gənclərin Prezident İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiyini bildirib.

Tədbirdə gənclərin çıxışları dinlənildikdən sonra icra başçısı Mərdan Camalov təbrik nitqi söyləyərək Şirvan şəhərində dövlətin gənclər siyasətinə uyğun olaraq tədbirlərin həyata keçirilməsindən, ölkə başçısı İlham Əliyevin göstərişi əsasında Şirvanda Olimpiya İdman Kompleksinin və Gənclər Evinin İnşa olunmasından ətraflı danışıb.

İcra Başçısı bundan sonra da gənclərə bütün sahələrdə diqqətin ayrılacağını bildirib. Şəhər rəhbəri bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bir qrup gəncə və idarə rəhbərlərinə diplomlar, fəxri fərmanlar, hədiyyələr təqdim edilib. Bayram tədbiri musiqi proqramı ilə davam edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə