Kəskin hava şəraiti təyyarələrin uçuşunu təxirə saldı

Kəskin hava şəraiti təyyarələrin uçuşunu təxirə saldı

Azərbaycanda müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra aviareyslərin həyata keçirilməsi təxirə salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından SİA-ya verilən xəbərə görə, Bakı-Minsk, Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı-Praqa kimi aviareyslər, sabah saat 04:50-də yerinə yetiriləcək Bakı-Frankfurt təyyarəsinin uçuşu dayandırılıb.

Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar bu gün saat 05:25-də və 08:00-da həyata keçirilməsi planlaşdırılan "Türk Hava Yolları" aviaşirkətinə məxsus Bakı-İstanbul aviareysi də təxirə salınıb. Ümumiyyətlə, bu gün aeroportdan yalnız Bakı-London aviareysi yerinə yetirilib. Bakı-Praqa, Bakı-Moskva, Bakı-Aberdin üzrə reyslər artıq hazırlanıb, sərnişinlər təyyarələrdədirlər və görmə şəraiti imkan verən kimi uçuşlar həyata keçiriləcək. Bununla belə, Bakıda bir reysi artıq qəbul ediblər. Tehran-Bakı reysi ilə gələn təyyarə saat 09:03-də Bakıya çatıb.

Daxili aviareyslərə gəlincə isə Bakı-Naxçıvan aviareysi saat 11:00-dək təxirə salınıb. Hazırda Bakı-Gəncə aviareysinə qeydiyyat başlayıb və yəqin ki, sözügedən aviareys yerinə yetiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə