Gəncə Vərəm Əleyhinə Xəstəxanada yeni labaratoriya istifadəyə hazırdır

Gəncə Vərəm Əleyhinə Xəstəxanada yeni labaratoriya istifadəyə hazırdır

"2011-2015-ci illər ərzində vərəm xəstəliyinə qarşı tədbirlərin gücləndirilməsi" ilə bağlı təsdiq olunan dövlət proqramına uyğun olaraq bölgədə ilk dəfə olaraq Gəncə şəhərində yeni labaratoriyanın tikintisi artıq başa çatıb. Regional İstinad Bakterialoji Labaratoriya adlanan yeni bina dövlət tərfindən vərəm xəstəliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər planının tərkib hissəsidir. Nazirlər Kabinetinin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən inşa olunan binada Almaniya dövlətindən gətirilən avdanlıqlardan istifadə olunacaq.

Gəncə Vərəm Əlehinə Xəstəxananın baş həkimi Əli Rüstəmovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yeni labaratoriya vərəm xəstəliyinin qarşısının alınmasında xüsusi rol oynayacaq. Belə ki, bəlğəmin analizi ilə vərəm xəstələrinin daha tez məlum olunması və müalicəsi həyata keçiriləcək. Labaratoriya təxminən mart ayına kimi istifadəyə verilməlidir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə